Həzi Aslanov metrosuna 5 dəqiqəlik məsafədə, Gəncə prospektində yerləşən 16 mərtəbəli yeni tikili binanın 6-cı mərtəbəsində, ümumi sahəsi 84 kv.m olan tam təmirli və əşyalı 2 otaqlı mənzil kirayə verilir.
Mənzil yaşayış üçün zəruri olan bütün mebel və məişət avadanlıqları ilə tam təmin olunub. Geniş qonaq otağında divan, masa-oturacaq dəsti, televizor, TV altlığı və güzgülü komod yerləşir. Yataq otağında ikinəfərlik çarpayı, tumbalar, güzgülü termo, iki ədəd paltar dolabı və ikimərtəbəli uşaq çarpayısı mövcuddur. Mətbəxdə mətbəx mebeli, qaz plitəsi, soba, aspirator, soyuducu, mikrodalğalı soba, kondisioner və masa-oturacaq dəsti quraşdırılıb. Dəhlizdə böyük güzgülü qarderob şkafı var, sanitar qovşaq isə duş kabinası ilə təchiz edilib. Mənzilin eyvanı və fərdi kombi istilik sistemi mövcuddur.
Aylıq kirayə haqqı 900 AZN təşkil edir. Əlavə olaraq 900 AZN depozit tələb olunur.
xidmət haqqı 30% təşkil edir