Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156 ünvanında yerləşən 24 mərtəbəli yeni tikili binanın 23-cü mərtəbəsində, ümumi sahəsi 115 kv.m olan təmirli və əşyalı 3 otaqlı mənzil kirayə verilir.
Mənzil yaşayış üçün zəruri olan mebel və məişət texnikası ilə təchiz olunub. Qonaq otağında yumşaq mebel dəsti, televizor, masa, iş kreslosu, kondisioner və istilik radiatoru mövcuddur. Yataq otaqlarında ikinəfərlik çarpayılar, tumbalar, güzgülü komod, paltar dolabı, ütü masası və istilik radiatorları yerləşir. Mətbəxdə quraşdırılmış mebel, qaz plitəsi, soba, aspirator, soyuducu və geniş masa-oturacaq dəsti var. Asma tavanlar, spot və gizli işıqlandırma sistemləri, çilçıraqlar və eyvan çıxışı mənzili daha rahat edir.
Aylıq kirayə haqqı 1400 AZN təşkil edir.
xidmət haqqı 30 % təşkil edir.